Yük maşını məktəbin qarşısında qadını vurub öldürdü

  • By ilhame
  • 22 İyun 2024 19:53

Bakının Binəqədi rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Gununsesi.info APA-ya istinadən xəbər verir ki, qəza Binəqədi qəsəbəsində, 179 saylı məktəbin qarşısında qeydə alınıb. Belə ki, idarəetməni itirən yük maşınının sürücüsü orta yaşlı qadını vuraraq öldürüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info