Cəlilabadda bu il noxud əkini aparılan sahələr xeyli artırılıb

  • By ilhame
  • 22 İyun 2024 19:00

Bu il Cəlilabad rayonunda noxud əkini aparılan sahələr əhəmiyyətli dərəcədə artırılıb.

Bu barədə Gununsesi.info-nun yerli bürosuna Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 7 min 890 hektar sahədə noxud bitkisi əkilib. Ötən il bu rəqəm 5 min 600 hektara bərabər olub.

Fermerlərin sözlərinə görə, sözügedən bitki həm dəmyə şəraitində yetişir, həm də ixrac yönümlüdür. Buna görə də bu bitkiyə daha çox maraq yaranıb.

Gununsesi.info