Köməksiz vəziyyətdə qalan şəxs xilas edildi -Video

  • By ilhame
  • 23 İyun 2024 15:05

Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsində köməyə ehtiyacı olan vətəndaş xilas edilib.

 

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, 1961-ci il təvəllüdlü Məmmədov Nizam Cəlil oğlu ayağının sınması səbəbindən doqquzmərtəbəli yaşayış binasının damında köməksiz vəziyyətdə qalıb.

 

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi vasitələrin köməyi ilə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Gununsesi.info