Bakıda qeyri-etik hərəkətlər edən daha bir nəfər saxlanıldı

  • By ilhame
  • 22 İyun 2024 20:50

Paytaxtın Nizami rayonu ərazisində mənzillərin pəncərəsindən baxaraq qeyri-etik hərəkət etməsi ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən arşdırılıb.

Gununsesi.info-nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, araşdırmalarla həmin şəxsin 42 yaşlı Pünhan Cabbarov olması müəyyən edilərək saxlanılıb.

Müvafiq qərarla P.Cabbarov 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Gununsesi.info