
Bakı-Şamaxı yolunun 22-ci km-yində 49 yaşlı qadını avtomobil vurub.
Gununsesi.info-nun məlumatına görə, hadisə magistral yolun Müşfiqabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Belə ki, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Şahbazova Süsən Əliağa qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info