
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə – Portuqaliya matçında meydana azarkeş girib.
Gununsesi.info-nun məlumatına görə, hadisə 82-ci dəqiqədə baş verib.
Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib. Azarkeşin stadiondan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.
Qeyd edək ki, Portuqaliya komandası hazırda 3:0 hesabı ilə öndədir.
Gununsesi.info