Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var

  • By ilhame
  • 23 İyun 2024 10:19

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1997-ci il təvəllüdlü Qocayev Nihad Rafiq oğlu xəsarət alıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Gununsesi.info