Gürcüstan – Çexiya matçının ən yaxşı oyunçusu bəlli olub

  • By ilhame
  • 22 İyun 2024 19:17

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Gürcüstan – Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcüstanlı qapıçı Georgi Mamardaşvili qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Qolkiper 11 dəfə komandasını qoldan xilas edib.

Qeyd edək ki, görüş heç-heçə yekunlaşıb – 1:1.

Gununsesi.info