TƏBİB Ağstafada toyda zəhərlənənlərin durumunu açıqlayıb

  • By ilhame
  • 23 İyun 2024 14:39

İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.

 

Gununsesi.info-ya bu barədə TƏBİB-dən bildirilib.

 

Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.

Gununsesi.info