Bakı-Qazax magistral yolunda zəncirvari avtomobil qəzası olub

  • By ilhame
  • 10 İyul 2024 21:14

Yevlaxda zəncirvari avtomobil qəzası olub, xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, Bakı-Qazax-Gürcüstan magistral yolunun Yevlax rayonundan keçən hissəsində avtobus, kombayn və minik avtomobilinin iştirakı ilə zəncirvari avtomobil qəzası olub.

 

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info