Xırdalanda yaşayış binasında yanğın olub, 12 sakin təxliyə edilib

  • By ilhame
  • 10 İyul 2024 20:49

Xırdalanda yaşayış binasında yanğın olub.

 

Gununsesi.info -ya bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4-ü uşaq olmaqla 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info