Paşinyan mətbuat konfransı keçirəcək

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı, iyulun 16-da İdman-Konsert Kompleksində mətbuat konfransı keçirəcək. Tədbir yerli vaxtla saat 12:00-da başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib.

Paşinyanın çıxışı zamanı əsas siyasi və sosial-iqtisadi məsələlərə toxunacağı gözlənilir.

Xatırladaq ki, Paşinyanın bundan əvvəlki mətbuat konfransı martın 12-də baş tutub.

Gununsesi.info