Qarabağ Universiteti müəllim axtarır - YENİLƏNDİ

  • By Günel
  • 23 Aprel 2025 19:27

Qarabağ Universiteti İngilis dili istiqaməti üzrə müəllim vakansiyası elan edir.

Bu barədə Gununsesi.info-ya Universitetdən məlumat verilib.

Bildirilib ki, müraciətlər mayın 14-də başa çatacaq.

Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: “English Language Teaching Vacancy”) qeyd edərək ilc@karabakh.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər daha geniş məlumatı bu link vasitəsilə əldə edə bilərlər.

***

Qarabağ Universiteti “Təhsil elmləri”, “Riyaziyyat”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat (dillər üzrə)” və “İngilis dili” istiqamətləri üzrə müəllim vakansiyaları elan edir.

Bu barədə Gununsesi.info-ya Universitetdən məlumat verilib.

Bildirilib ki, tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Riyaziyyat istiqaməti üzrə müəllim) qeyd edərək edschool@karabakh.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiyalarla bu link vasitəsilə tanış olmaq mümkündür.

Gununsesi.info