Mərmərə dənizində yenidən zəlzələ oldu

  • By Günel
  • 24 Aprel 2025 09:30

Mərmərə dənizində, Böyükçekmece sahillərində 4.1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Qeyd olunur ki, zəlzələnin episentri 7 km dərinlikdə olub.

Xatırladaq ki, aprelin 23-də İstanbulda ən güclüsü 6.2 maqnitudada olmaqla silsilə zəlzələlər baş verib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, bir üçmərtəbəli bina dağılıb. Hadisədən sonra azı 50 afterşok qeydə alınıb.

Gununsesi.info