Allahşükür Paşazadə İspaniyaya səfər edir

  • By Günel
  • 23 Aprel 2025 19:58

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 24-də İspaniya Krallığına səfər edəcək.

Bu barədə Gununsesi.info-ya QMİ-dən məlumat verilib.

Bildirilib ki, QMİ sədri BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə “BMT Sivilizasiyalar Alyansı” və “Dinlər Sülh Uğrunda” təşkilatlarının “Sülh, Müharibələrə son qoymaq və Beynəlxalq Hüquqa Hörmət üçün Çağırış” adlı birgə təşəbbüsünün ilk tədbirində iştirak edəcək.

25-26 aprel tarixlərində İspaniyanın tarixi Gernika şəhərində faciəli bombardmanın 88-ci ildönümündə dini liderlərin iştirakı ilə keçiriləcək dəyirmi masa və anım tədbirinin məqsədi sülh mesajını təşviq etmək, beynəlxalq hüquqa hörməti dəstəkləmək, müharibələrə qarşı qınağı gücləndirməkdir.

Şeyxülislam A. Paşazadə tədbirlərdə çıxış edəcək.

Gununsesi.info