Kəlbəcərdə ağır qəza: Ölən var

  • By Günel
  • 23 Aprel 2025 21:44

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info