ABŞ rəsmisi Putinlə Trampın mümkün görüşündən danışdı

  • By Günel
  • 23 Aprel 2025 23:37

“Amerika tərəfinin hazırda Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın may ayında Səudiyyə Ərəbistanında mümkün görüşü ilə bağlı heç bir açıqlaması yoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

ABŞ rəsmisi bildirib: “Belə bir görüş planlaşdırılsa, həmişə olduğu kimi məlumat verəcəyik”.

Gununsesi.info