Gəncədə insident: Qız qaçırdan şəxs bıçaqlandı

  • By Günel
  • 23 Aprel 2025 20:47

Gəncə şəhərində qız qaçırma hadisəsi ilə bağlı insident yaşanıb.

Gununsesi.info xəbər verir ki, şəhər sakini 2001-ci il təvəllüdlü İbrahim Məmmədov döyülüb və daha sonra əl nahiyəsindən bıçaqlanıb.

İlkin ehtimallara görə, hadisəni onun evlənmək məqsədilə qaçırdığı qızın yaxınları törədiblər. Yaralanan şəxsin vəziyyətinin stabil olduğu bildirilir. Faktla bağlı şəhərin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info