
Cammu və Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin həlak olduğu terror aktından sonra rəsmi Dehli Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini “persona non-qrata” (arzuolunmaz şəxs) elan edib.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri brifinq zamanı açıqlama verib.
Hindistan, həmçinin İslamabaddakı səfirliyinin işçilərinin sayını demək olar ki, yarıya qədər azaltmaq qərarına gəlib.
V.Misrinin sözlərinə görə, ölkəsi Pakistanla sərhəddəki əsas “Atari” keçid məntəqəsini də bağlayıb.