
Aprelin 23-də Bişkekdə A.Cumaxmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan incəsənət ustalarının konserti keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbir Azərbaycan mədəniyyət günləri çərçivəsində baş tutub.
Təntənəli konsert Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub.