
Kolumbiyanın keçmiş xarici işlər naziri Alvaro Leyva prezident Qustavo Petronun narkotik aludəçisi olduğunu iddia edib.
Gununsesi.info yenisafak.com-a istinadən xəbər verir ki, o, “X” sosial media platformasında paylaşım edib.
Leyva bu vəziyyəti nazir olduğu 2023-cü ilin iyununda Petro ilə Fransaya etdiyi rəsmi səfər zamanı fərq etdiyini bildirib.
“Parisdə narkotik asılılığı problemi yaşadığını təsdiq edə bildim. Amma nə edə bilərdim? Vaxtında sənə yaxınlaşmalı, kömək etməli, dəstək olmalıydım. Sizə əlaqə yaratmağa çalışmadığım üçün təəssüflənirəm. Həqiqət budur ki, heç vaxt yaxşılaşmadınız. Təəssüf ki, bu baş vermədi” ifadələri bildirib.

Kolumbiyanın keçmiş xarici işlər naziri Alvaro Leyva və prezident Qustavo Petro
Günel Həsənova