Ruslar fala güvənir… Müharibənin bitəcəyini Tarot kartlarında axtarırlar - Rusiyanın gələcəyi, Putinin psixi vəziyyəti...

  • By Günel
  • 24 Aprel 2025 10:46

Rusiya sosial şəbəkələrində tarot proqnozlarını əks etdirən videolar çoxalıb. Tarot oxucuları müharibənin nə vaxt bitəcəyini, Rusiyanın gələcəyini və hətta prezident Putinin psixi vəziyyətini şərh edir.

Gununsesi.info ntv.com.tr -yə istinadən xəbər verir ki, Ukraynada müharibəyə son qoymaq üçün sövdələşməyə vasitəçilik edəcəyinə söz verən ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Rusiya sosial şəbəkələrində tarot proqnozlarını əks etdirən videolar çoxalıb.

Rusiyalı tarot oxucu Kseniya Ukrayna müharibəsi ilə bağlı Kreml və Vaşinqton arasında sülh danışıqlarının mümkün nəticəsini şərh edir.

Kseniya bildirib: “Asaların kralı adətən bizim prezidentimiz Vladimir Vladimiroviç (Putini) təmsil edir”.

“The Moscow Times” yazır ki, tarot oxuyanlar müharibənin nə vaxt bitəcəyi, atəşkəsdən sonra Ukrayna və Rusiyanın gələcəyi, hətta prezident Vladimir Putinin psixi durumu haqda fərziyyələr dolaşır.

Kseniyanın izləyicilərindən biri olan Lyudmila şərhlərində yazıb:

“Doğru deyirsiniz. Amerika Ukraynanın məğlubiyyətini heç vaxt qəbul etməyəcək. Və həmişə üstünlük əldə etməyə çalışacaq”.

Kseniya kartda gördüklərini şərh dərək əlavə edib:

“Ayın və İblisin mənim üçün görünməsinin bir səbəbi var. Bu Trampın “ikiüzlü təbiəti” ilə əlaqələlidi. Tarotda Ay illüziya və qeyri-müəyyənlik kartı kimi tanınır”.

Başqa bir tarot falı isə Ukraynanın ərazi bütövlüyünə və Ukrayna lideri Volodimir Zelenskinin siyasi taleyinə yönəlib.

Tarot oxuyan Yekaterina ölümü və kompromisləri simvolizə edən kartlar tutur. O, sülh razılaşması nəticəsində Rusiyanın sərhədlərinin dəyişib-dəyişməyəcəyini soruşur:

“Rusiya potensial olaraq hazırda sahib olduğu ərazilərdən uzaqlaşacaq. Amma qanuni olaraq Rusiyanın bir hissəsi olan hər şey qalacaq”, – deyə qeyd edib.

Psixoloq Veronika Neifakh, tarot kimi proqramların populyarlığının insanların qeyri-müəyyənlik və böhran zamanı nəzarət hissini bərpa etmək ehtiyacı ilə əlaqəli olduğunu söylədi.

“The Moscow Times”-a danışan Neifakh “Qeyri-müəyyənlik pis bir şeyin baş verdiyini bilməkdən daha qorxulu ola bilər”,- deyə bildirib.

Günel Həsənova

Gununsesi.info