Çinə birtərəfli tarif endirimi olmayacaq

  • By Günel
  • 23 Aprel 2025 23:34

“ABŞ Çinə tətbiq edilən tarifləri birtərəfli qaydada azaltmaq niyyətində deyil”.

Gununsesi.info “Fox News”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

Onun sözlərinə gərə, rəsmi Vaşinqton Pekinin tarifləri aşağı salmasını və ticarət maneələrini aradan qaldırmasını istəyir: “Çinə birtərəfli tarif endirimi olmayacaq. Prezident açıq şəkildə bildirdi ki, Çin ABŞ-la razılaşmalıdır və biz bunun baş verəcəyinə son dərəcə nikbinik”.