
Mingəçevirdə ailədaxili münaqişə zamanı qadın həyat yoldaşına boşqabla xəsarət yetirib.
Gununsesi.info xəbər xerir ki, hadisə Energetiklər yaşayış massivində yerləşən evlərdən birində baş verib.
Mübahisə zəminində qadın həyat yoldaşı, 1984-cü il təvəllüdlü şəhər sakini Ramil Hacıağa oğlu İsmayılovun başına boşqabla zərbə endirib. Nəticədə kişi baş nahiyəsindən ağır xəsarət alıb və xəstəxanaya çatdırılıb. Ona alın-baş nayihəsində çevik tibbi yardım göstərilib. Hazırda vəziyyəti barədə əlavə məlumat verilməyib. Faktla bağlı şəhər hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.