
Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliyevaya müraciət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.
“Azərbaycanın Ombudsmanı Səbinə Əliyevaya Azərbaycanda saxlanılan Rusiya vətəndaşları ilə bağlı vəziyyətlə bağlı müraciət etmişəm”, – ombudsman yazıb.