
İnsan gözü 10 milyon rəng çalarını ayırd edə bilər, amma beyin bəzən fərqləri “görməməzlikdən” gəlir ki, vizual qarışıqlıq olmasın. Yəni bəzən az görmək daha faydalıdır.
Gununsesi.info az bilinən maraqlı məlumatları təqdim edir:
Yerin altında həyat
Elm adamları yer qabığının dərinliklərində tamamilə fərqli bir biosfer aşkar ediblər. Bu canlılar Günəşi görmür, enerjini kimyəvi reaksiyalardan alırlar
Qəribə rekord
Bir insan ömrü boyu orta hesabla 3 ilini tualetdə keçirir. Ən məhsuldar düşüncələrin orada baş verməsi bəlkə də, təsadüfi deyil.
Parlayan canlılar
Təbiətdə biolüminessensiya (öz-özünə işıq saçma) bacarığı olan 7000-dən çox canlı növü var. Bəziləri o qədər parlaqdı ki, sualtı “diskotekaya” oxşayır.
Amazon haqqında
Amazon şirkəti əvvəlcə yalnız kitab satırdı və Jeff Bezos onu “Cadabra” adlandırmaq istəyirdi.
Zamanla bağlı illüziya
Beyin yeni informasiyanı qəbul edəndə zaman daha yavaş keçir kimi hiss olunur. Məhz buna görə ilk dəfə yeni yerə gedəndə yol uzun gəlir, amma geri dönüş tez baş verir.
Qanun faktı
İsveçrədə tək bir dənə balıq saxlamaq qeyri-qanunidir. Çünki balıqlar sosial heyvanlardır və tək qalmaq onlara stress verir. Hüquqi empatiya səviyyəsi.
Orxan