
World Population Review və CEO World Magazine-in məlumatlarına görə, 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısına ABŞ başçılıq edir, Hindistan isə çox kiçik fərqlə ikinci yerdədir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ötən il ən çox kitab oxunan ölkələr ABŞ və Hindistan olduğu halda, ən az kitab oxunan ölkə Əfqanıstan olub.
World Population Review və CEO World Magazine-in məlumatlarına görə, 2024-cü ildə ən çox kitab oxunan ölkələr siyahısında ABŞ və Hindistan birinci yerdədir.
ABŞ-da hər bir insan ildə orta hesabla 357 saat kitab oxuyur ki, bu da ildə təxminən 17 kitaba bərabərdir. Bu məlumat siyahıda sonuncu olan Əfqanıstanda ildə təxminən 3 kitaba bərabər idi.
Siyahıda ikinci yerdə olan və adambaşına oxunan kitab sayının orta hesabla 16 olduğu Hindistanda ildə adambaşına kitab oxumağa sərf olunan saatların sayı təxminən 352, üçüncü yerdə olan İngiltərədə isə ildə 343 saat kitab oxunur.
Dünyada ən çox kitab oxunan ölkələr arasında ABŞ-dan sonra Hindistan və İngiltərə, Fransa və İtaliya yer alıb.
Bu reytinqi Kanada, Rusiya, Avstraliya, İspaniya, Hollandiya və İsveçrə izlədi. Kitaba ən az vaxt sərf edən ölkələr arasında Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri var.
Bütün dövrlərin ən çox oxunan kitabları Quran və İncildir.
21-ci əsrin ən təsirli kitabları arasında sayılan, JK Rowling tərəfindən yazılmış “Harry Potter Series” və JRR Tolkien tərəfindən yazılmış “Üzüklərin Rəbbi” dünyanın ən çox oxunan kitabları arasındadır.
Orxan