
Yunanıstan mətbuatında ABŞ-ın Türkiyəni yenidən F-35 döyüş təyyarəsi proqramına qəbul etmə ehtimalı ilə bağlı Afinada narahatlıqlar yer alıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Türkiyəyə F-35 döyüş təyyarələri satmaqla bağlı mötədil mövqe sərgiləməsi xəbəri ABŞ mətbuatında əksini taparkən, Yunan mətbuatı da bu mövzuda ABŞ-dan gələn “siqnalları” və Afinanın bu siqnallarla bağlı narahatlığını araşdırıb.
Kathimerini qəzetində dərc olunan “ABŞ F-35-lərlə bağlı Türkiyəyə Qarışıq Siqnallar Göndər” başlıqlı məqalədə “Vaşinqtondan gələn qarışıq siqnallar Afinada Türkiyənin F-35 hərbi təyyarə proqramına mümkün qayıdışı ilə bağlı yeni narahatlıqlar yaradıb” müşahidəsi yer alıb.
Xəbərə görə, məsələ ilə bağlı məlumatlı mənbələr ABŞ və Yunanıstan arasında aparılan danışıqlarda hər iki NATO müttəfiqi ilə müdafiə əlaqələrində “ekvivalentlik” anlayışının ortaya çıxdığını açıqlayıb. Hesabatda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyənin F-35 proqramına mümkün geri dönməsini artıq Egeydəki tarazlığa təhlükə hesab etmədiyi barədə xəbərlərə də istinad edilib.
Orxan