İran ABŞ sanksiyalarına cavab verdi

  • By Admin2
  • 23 Aprel 2025 12:43

İran davam edən nüvə danışıqları fonunda ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara reaksiya verib. Xarici İşlər Nazirliyinin sözçüsü bunun dialoq iddialarına zidd olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi ABŞ-nin davam edən nüvə müzakirələri zamanı qəbul etdiyi yeni sanksiya qərarı ilə bağlı açıqlama verib.

Sanksiyaların Vaşinqton administrasiyasının İran xalqına qarşı düşmən münasibətinin bariz göstəricisi olduğunu deyən Bekayi , bunun da ABŞ-ın dialoq iddiaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb. Bekayi, ABŞ-ın “siyasi təzyiq üçün zorakılıqla məşğul olduğunu” və sanksiyaların “qanunsuz” olduğunu müdafiə etdi.

Orxan

Gununsesi.info