Ukraynada super güclər vuruşur: - “Çin də PUA istehsalına başlayıb”

  • By Admin2
  • 23 Aprel 2025 14:03

Ukrayna hökuməti iddia edir ki, üç ildir davam edən müharibədə Çin qoşunları iştirak edir. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Çin vətəndaşları Rusiyadakı istehsal müəssisəsində PUA istehsalına başlayıblar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, son həftələr Ukraynada üç ildir davam edən müharibəyə daha bir ölkə rəsmən qoşulub.

Ukrayna əsgərləri öz sərhədlərində Çin əsgərləri ilə toqquşub və onlardan ikisini ələ keçirə biliblər.

Nəhayət, prezident Vladimir Zelenski Çin vətəndaşlarının Rusiyadakı bir istehsal müəssisəsində PUA istehsalına başladığını iddia etdi.

Zelenski, “Ukrayna Təhlükəsizlik Xidmətindən İHA zavodunda çalışan Çin vətəndaşları ilə bağlı Çin tərəfinə daha əhatəli məlumat verməsini xahiş etdim. Biz Rusiyanın bu texnologiyaları oğurlaya biləcəyinə inanırıq. Ola bilsin ki, bu vətəndaşlarla Çin rəhbərliyi ilə bağlanmış müqavilələr xaricində razılıq əldə edib”.- deyib.

Ukrayna Xarici İşlər Nazirliyi Pekin səfirini “oğurlanmış Çin texnologiyasından” istifadə ittihamı ilə nazirliyə çağırıb.

Orxan

Gununsesi.info