3 Avropa ölkəsindən birgə bəyanat: - İsrailin Qəzzada qalmaq planı qəbuledilməzdir

  • By Admin2
  • 23 Aprel 2025 13:06

Almaniya, Fransa və Böyük Britaniya İsraili 50 gündən çox Qəzzaya yardımı əngəllədiyinə görə tənqid edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirlikləri İsrailin 50 gündən artıqdır Qəzzaya yardımı əngəlləməsi ilə bağlı birgə bəyanat yayıb.

“50 gündən artıqdır ki, İsrail Qəzzaya humanitar yardımı tamamilə əngəlləyib. Lazımi ləvazimatlar ya artıq yoxdur, ya da sürətlə tükənməkdədir. Bir milyon uşaq da daxil olmaqla, fələstinli dinc əhali aclıq, xəstəlik və ölüm riski altındadır. Buna son qoyulmalıdır. Biz İsraili təcili və maneəsiz humanitar yardımı bərpa etməyə çağırırıq” , – deyə bəyanatda bildirilib.

İsrailin hücumlarını davam etdirərək atəşkəsi pozduğuna da işarə edən xarici işlər nazirlikləri, son atəşkəs dövründə Birləşmiş Millətlər Təşkilatı (BMT) və beynəlxalq qeyri-hökumət təşkilatlarının Qəzzəyə müəyyən qədər yardım edə bildiyini xatırladıb. “İsrailin Qəzzaya yardım axınının qarşısını almaq qərarına dözmək olmaz” deyən bəyanatda, İsrailin müdafiə naziri İsrael Katzın humanitar yardımı siyasiləşdirən son şərhlərinin və İsrailin müharibədən sonra Qəzzada qalma planlarının qəbuledilməz olduğu, bunun “sülh şanslarına ziyan vurduğu” vurğulanıb. 

Bəyanatda deyilir: “Humanitar yardım heç vaxt siyasi alət kimi istifadə edilməməli və Fələstin ərazisi azalmamalı və ya hər hansı demoqrafik dəyişikliyə məruz qalmamalıdır. İsrail beynəlxalq hüquqa əsasən humanitar yardımın maneəsiz keçməsinə icazə verməyə borcludur”. 

Orxan

Gununsesi.info