Nadir: - Göydə gülümsəyən üz görünəcək

  • By Admin2
  • 23 Aprel 2025 14:27

NASA bu həftə Ay, Venera və Saturnun bir-birinə uyğunlaşaraq qısa müddət ərzində gülüş şəklini formalaşdıracağını açıqladı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu həftə maraqlı təbiət hadisəsi baş verəcək.

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi ( NASA ) Ay, Venera və Saturnun bu həftə qısa müddətə gülən sifət şəklində düzüləcəyini açıqlayıb.

ABŞ rəsmilərinin sözlərinə görə, nadir səma hadisəsi cümə günü səhər tezdən təxminən bir saat ərzində görünəcək.

NASA qeyd edib ki, bu qeyri-adi düzülüşü dünyanın hər yerindən müşahidə etmək olar.

İncə aypara formalı Ayın ağzı, Venera və Saturn gözləri, Venera yuxarıdakı göz, Saturn isə aşağıda göz olaraq yerləşəcək.

Orxan

Gununsesi.info