Qazaxıstanın 6 vətəndaşı İrandan Azərbaycana təxliyə olundu - FOTOLAR

  • By Günel
  • 14 İyun 2025 09:06

Qazaxıstanın altı vətəndaşı öz ölkəsinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.

Bu barədə Gununsesi.info xəbər verir.

İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb.

Evakuasiya prosesi davam edir.

***

Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.

Gununsesi.info xəbər verir ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün sözügedən sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradıb.

1442907

1442908

1442909

1442910

1442911