
İordaniya və Suriya yenidən öz hava məkanını tamamilə bağlayıb.
Gununsesi.info xəbər verir ki, hava məkanının ümumdünya koordinasiya vaxtı ilə saat 10:00-dək (Bakı vaxtı ilə 14:00-dək) bağlı qalacağı bildirilir.
Mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Suriya səması da 14 iyun saat 08:00-a qədər bağlanıb.
Potensial təhlükələrdən uzaqda olan Dəməşq-Hələb marşrutunun açıq olduğu bildirilir.