Azərbaycan vasitəsilə öz ölkələrinə qayıtdılar

  • By Günel
  • 14 İyun 2025 06:56

Bəzi xarici dövlətlər İranda olan vətəndaşlarının təxliyəsi məqsədi ilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı Azərbaycan hökumətinə müraciət edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə lazımı şərait yaradıb.

Təxliyə olunacaq şəxslər üçün çay süfrəsi hazırlanıb. Səhhətində problem yarana biləcək şəxslərə tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.

Təxliyə olunacaq şəxslərin daşınması üçün avtobuslar da ayrılıb. (APA)

Gununsesi.info