
Bu gün ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbiri münasibətilə Elm və Təhsil naziri Emin Əmrullayev məzunları təbrik edib.
Gununsesi.info xəbər verir ki, nazir şagirdlərin həyatında yeni mərhələnin başlandığını vurğulayıb:
“Bu gün sizin həyatınızda yeni bir mərhələnin başlanğıcıdır – xatirələrlə dolu məktəb illərinə vida edərək, məsuliyyətli və arzularla zəngin bir yola qədəm qoyursunuz. “Son zəng” münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.”
Emin Əmrullayev, həmçinin bildirib ki, əldə etdikləri bilik və bacarıqlar, qazandıqları dəyərlər onların gələcəkdə uğur qazanmasında mühüm rol oynayacaq:
“İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlar, qazandığınız dəyərlər sizi uğur zirvələrinə aparacaq.”