Tramp BRICS-i dəstəkləyən ölkələrə əlavə rüsumlar tətbiq edəcək

  • By Günel
  • 07 İyul 2025 08:31

ABŞ prezidenti Donald Tramp BRICS siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə 10 faizlik ticarət rüsumlarının tətbiq ediləcəyi barədə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə “Truth Social” platformasında yazıb.

“BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə qarşı 10 faiz əlavə rüsumlar tətbiq ediləcək. İstisna olmayacaq”, – Tramp qeyd edib.

Gununsesi.info