İraqdan Türkiyəyə keçmək istəyən terrorçular zərərsizləşdirilib

  • By ilhame
  • 02 Sentyabr 2024 20:19

İraq ərazisindən Türkiyəyə keçmək istəyən 4 terrorçu zərərsizləşdirilib”.

 

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

 

“Aksiyaya hazırlaşan və zərərsizləşdirilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Terrorçuların 13 mühafizəçinin şəhid olduğu, 39 mühafizəçi və 6 mülki vətəndaşın yaralandığı, ümumilikdə 22 aksiyada iştirak etdiyi müəyyən edilib”, – paylaşımda vurğulanıb.

Gununsesi.info