Polad zavodunda partlayış: -12 nəfər ölüb

Meksikada polad zavodunda baş verən partlayış nəticəsində 12 nəfər ölüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə Meksikanın Tlakskala ştatının Xaloztok şəhərindəki polad zavodunda gecə saatlarında baş verib.

Şirkət partlayışın səbəbi ilə bağlı araşdırma başlandığını açıqlasa da, ilkin olaraq ərimiş poladın su ilə təmasının partlayışa səbəb ola biləcəyi məlum olub.

Şirkətdən verilən açıqlamada partlayışdan sonra fabrikə maye poladın dağıldığı və 12 işçinin həyatını itirdiyi bildirilib.

Dövlət Prokurorluğundan verilən açıqlamada isə hadisə zamanı xəsarət alan bir nəfərin də hazırda vəziyyətinin ağır olduğu bildirilib.

Partlayışdan sonra fabrikdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Araşdırma aparılır.

Orxan Saffari

Gununsesi.info