Şimali Koreyanın “Fırtına Korpusu” döyüş meydanında: - Generallar müəyyənləşdi

Şimali Koreya qoşunları 1950-ci illərdən bəri ilk dəfə olaraq aktiv döyüş meydanına yerləşdirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Ukrayna və Cənubi Koreya kimi ölkələrin iddialarına görə, minlərlə hərbçi Ukrayna qoşunlarını Rusiya ərazisi Kurskda dəf etmək üçün döyüşəcək.

Bu arada Ukrayna hökuməti döyüş meydanında olan Şimali Koreya generallarının kimliyini müəyyən edə bilib.

Bu yüksək rütbəli məmurların lider Kim Çen İni təmsil edən bölgədə olduğu iddia edilir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çıxış edən Ukrayna nümayəndə heyəti 3 generalın Rusiyaya göndərilən ən azı 500 Şimali Koreyalı zabit arasında olduğunu bildirib.

Rusiya isə 2022-ci ilin fevralından Ukraynada apardığı müharibədə Şimali Koreya qoşunlarının iştirakını inkar etmir.

İlkin təkzibdən sonra Şimali Koreya hökuməti də qoşunların yerləşdirilməsi ideyasının beynəlxalq hüquqa uyğun olduğunu müdafiə edib.

Təhlükəsizlik Şurasının həmin iclasında Rusiya nümayəndəsi Vasili Nebenzia Rusiyanın Şimali Koreya ilə hərbi əməkdaşlığının beynəlxalq hüququ pozmadığını və Moskvanın tərəfdaşlarından kömək istəmək hüququna malik olduğunu bildirib.

Orxan Saffari

Gununsesi.info