Gürcüstan prezidenti prokurorluğa çağırıldı - ZURABAŞVİLİ İSTİNTAQA GETMƏKDƏN İMTİNA EDİR

  • By admin
  • 31 Oktyabr 2024 11:23

Gürcüstan prezidenti Salome Zurabişvili son parlament seçkilərinin saxtalaşdırılması iddiaları ilə bağlı Baş Prokurorluğa çağırılıb.

 

Gununsesi.infonun xəbərinə görə, prokurorluq prezidenti bu iddiasına görə dindirmək istəyib, amma Zurabaşvili istintaqa getməkdən imtina edib.

Bundan əvvəl o, 26 oktyabr seçkilərini qeyri-legitim hesab etdiyini, hakim “Gürcü arzusu” partiyasının qələbəsinin saxtalaşdırıldığını bildirib.

“Prokurorluğa məsləhət görərdim ki, işə başlasınlar və prezidentlə siyasi hesablaşmalardan çəkinsinlər. Prokurorluğa müraciət edirəm: siz xalqa hesabatlısınız, ictimaiyyət sizdən mənim sübutlarımı yox, təcili araşdırma tələb edir”, – Zurabişvili əlavə edib.

Afət Abbasova

Gununsesi.info