“Yeşilçamın” aktyoru reanimasiyaya yerləşdirildi

Aktyor Nuri Alçonun yenidən vəziyyəti ağırlaşıb.

Gununsesi.info Türk mətbuatına istinadən xəbər verir ki, beyin qanaması keçirən aktyor təkrarən reanimasiyaya köçürülüb.

Qeyd edək ki, bundan əvvəl 73 yaşlı aktyor ürəyindən və bağırsağından da əməliyyat olunub.

Orxan Saffari

Gununsesi.info