
Bu gün Tayvanda quruya çıxan “Konq-rey” qasırğası nəticəsində 56 yaşlı qadın yıxılan ağacın altında qalaraq həyatını itirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tayvan rəsmiləri adada ən azı 73 nəfərin yaralandığını bildirib.
Ölkənin şərq sahillərindəki rayonlar üçün “güclü leysan” yağış xəbərdarlığı edilib.
Bildirilib ki, Tayvan Ordusunda 34 mindən çox əsgər hazır vəziyyətdədir və 8600-dən çox adam yüksək riskli bölgələrdə təxliyə edilib.
Birgə Tayfun Xəbərdarlıq Mərkəzi (JTWC) tərəfindən edilən açıqlamada, Taitung şəhərinə çatan tayfunun saatda təxminən 200 kilometr sürətlə küləklərə səbəb olduğu qeyd edilib.
Orxan Saffari