Gürcüstanda daha iki nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi parlament seçkiləri günü Marneuli rayonundakı seçki məntəqələrindən birində bülletenlərin kütləvi şəkildə doldurulması ittihamı ilə iki nəfəri saxlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə idarənin açıqlamasında deyilir.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı Marneuli rayonunun Sadaxlo kəndindəki 69 saylı seçki məntəqəsində qanun pozuntusu ilə seçki qutusuna bülletenlər atıblar”– Gürcüstan Daxili İşlər Nazirliyi bildirir.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili prokurorluğa parlament seçkilərində saxtakarlığa dair sübut gözləməməyi tövsiyə edib.

O, prezidentdən sübut istənilməsi ilə bağlı belə bir presedent eşitmədiyini deyib.

 

 

Gununsesi.info