
Tarix həm də tarixi şəxsiyyətləri ilə xatırlanır.
Gununsesi.info 31 oktyabrda xatırlanan şəxsiyyətləri tədqim edir:
1. Tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Ağa Nemətulla 1896-cı ilin bu günü Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub.
2. SSRİ-nin tanınmış kino aktyoru Anatoli Papanov 1922-ci ilin 31 oktyabrında anadan olub.
3. Bu gün Hindistanın görkəmli dövlət və siyasi xadimi İndira Qandinin xatirə günüdür.
4. 31 oktyabrda məşhur İtaliya kinorejissoru və ssenari müəllifi Federiko Fellini xatırlanır.
5. 31 oktyabr 1910-cu ildə Əməkdar artist Ağa Məmmədov Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub.
6. 31 oktyabr 1953-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub.
Orxan Saffari