
Argentinanın xarici işlər naziri Mondino vəzifəsindən azad edilib
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ABŞ-ın Kubaya qarşı iqtisadi və ticarət embarqosunun ləğvini tələb edən qətnaməyə “Bəli” səsi verən Argentinanın xarici işlər naziri Diana Mondino prezident Xavyer Milinin göstərişi ilə vəzifəsindən azad edilib.
Argentinanın xarici siyasətinin “dərin” dəyişikliyə məruz qaldığı bildirilən bəyanatda, “Ölkəmiz qəti şəkildə Kuba diktaturasına qarşıdır və insan hüquqlarını ,fərdi azadlıqları pozmağa davam edən bütün rejimləri pisləməyə davam edəcək” ifadəsi işlədilib.
Qeyd edək ki, onun yerinə Xerardo Vertheinin yeni nazir təyin edildiyi bildirilib.
Orxan Saffari