“Sahil” metrosu qarşısında böyük izdiham

  • By Günel
  • 30 Oktyabr 2024 19:27

“Sahil” metrosu qarşısında böyük izdiham yaranıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Az-media” Votsap qrupunda məlumat yayılıb.

Bildirilir ki, izdihama görə stansiyaya girmək mümkün deyil. Uzun yoxlanışdan sonra metrostansiyaya sərnişinlərin buraxıldığı vurğulanıb. Bənzər vəziyyət “İçərişəhər” metrostansiyası qarşısında da yaranıb.

Mövzu ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova sorğu ünvanlanıb.

Gununsesi.info