Fıstıq allergiyası ölümə səbəb olub

Romada 14 yaşlı britaniyalı qız ailəsi ilə getdiyi pizzacıda yemək yedikdən sonra anafilaktik şok keçirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ingilis qızın ölümündən sonra restorana qarşı cinayət işi açılıb.

İtaliya mətbuatında çıxan xəbərlərə görə, gənc qızın tərkibində qurudulmuş fıstıq olan bir desert istehlak etdiyi düşünülür.

Qız San Camillo xəstəxanasına çatdıqdan az sonra dünyasını dəyişib.

Hadisə zamanı şokda olan atası da ürəyində problem olduğu üçün xəstəxanaya yerləşdirilib.

Orxan Saffari

Gununsesi.info