
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Gürcüstdanda parlament seçkilərinin nəticələrinə dair bəyanat verib.
ABŞ lideri öz bəyanatında Gürcüstanda demokratiyanın geriləməsindən dərin təlaş keçirdiyini bəyan edib.
Bayden seçki saxtakarlıqları ilə bağlı ittihamlara şəffaf istintaqla cavab verilməsini istəyərək bunu da sözlərinə əlavə edib: “Gürcüstan hökumətini gerçək seçkilərin bərpası üçün dərhal bütün siyasi qüvvələrin cəlb edildiyi dialoq başlatmağa səsləyirik”.
Baydenin bu çağırışından sonra Gürcüstan hökuməti pozuntulara dair istintaq başladıldığını elan edib.
Həmçinin, azərbaycanlıların kompakt yaşadığı bölgədə – Marneulidə seçki qutusuna topa bülletenlər atan bələdiyyə məclisi sədirinin müavini barəsində də həbs qərarı verilib.
Artan beynəlxalq basqının ardından Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 29-da bütün 84 seçki dairəsinin təsadüfi seçilmiş hər 5 məntəqəsində bülletenlərin yenidən sayılacağını bildirib.
Günay Mahirqızı
Gununsesi.info