Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev  Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini də qəbul edib.